Gəlin, Tanış Olaq

Mən Şirinov Məhəmmədəli Orucəli oğlu 1997-ci il avqust ayının 25-də Naftalan şəhərində anadan olmuşam. Orta təhsilimi Naftalan şəhər 1 nömrəli məktəbdə almışam və həmin məktəbi 2014-cü ildə bitirdikdən sonra bakalavr kimi AZTU-ya(Azerbaycan Texnologiya Universitetine) daxil oldum. Universiteti bitirdikdən sonra 2018-ci il MAA-da (Milli Aviasiya Akademiyasında) magistr təhsili aldım.
Universitet və magistr illərimi öz seçdiyim ixtisaslarla bitirsəm de, foto və videoqraflıq sahəsinə sevgim bir başqadır və bu mənim ən sevdiyim hobbimdir. Mənim bu sahəyə marağım kiçik yaşlarımdan başlayıb. Təbii ki, bu da səbəbsiz deyil. Dünyaya göz açdığım gündən adını üzərimdə daşıdığım “Məhəmmədəli” babam 1961-ci ildən 2009-cu ilə qədər fotoqraf kimi çalışmışdır.
Mən isə 2013-cü ildən bu sahəyə həvəskar olaraq başladım və 2016-cı ildən peşəkar olaraq fəaliyyət göstərirəm. Müxtəlif diplom və sertifikatlara layiq görüldüm. 2018-ci ildə “Muhammad Ali Group” şirkətini yaratdım. Qrup olaraq Foto, Video, Albom, Loqo, Vinetka, Dizayn, Reklam, ən əsası SMM (Sosial Media Marketing) və s. xidmətlərimizi sizlərə təqdim edirik

051-464-80-04
055-944-78-54
support@muhammadali.az
RussiaUSA